Azedu.az

Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarına start verilib

Ali təhsil

13 Oktyabr 2021, 15:27
Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarına start verilib

Mingəçevir Dövlət Universitetində İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib.

 

AzEdu.az xəbər verir ki, oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlar dərs saatlarından kənar vaxtlarda universitetin mini-futbol meydançasında təşkil edilir və olimpiya sistemi üzrə 11 komandanın iştirakı ilə həyata keçirilir. İkinci tur oktyabrın 17-də başlayacaq.

 

Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir.

 

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox