Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 11:25:17
ALES imtahanlarına qeydiyyat başladı

7 Mart  ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı ) imtahanlarına qeydiyyat başlayıb.

 ALES imtahanları Türkiyədə magistr və doktorantura təhsili almaq istəyən şəxslərin hazırlaşmalı olduqları ən vacib imtahandır. Bu imtahan ildə iki dəfə, noyabr və may aylarında keçirilir. Riyaziyyat və Türkcədən 160 sualı əhatə edir.

AzEdu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 6 Mayda keçiriləcək imtahan Türkiyə saatı ilə  10:15-də başlayacaq və 150 dəqiqə (2,5 saat) davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər 100 türk lirəsi (45 AZN)  ödəməlidirlər.

ÖSYM (Tələbə seçmə və yerləşdirmə Mərkəzi)  sistemində şəxsi məlumatları olmayan namizədlər xüsusi qeydiyyat məntəqlərində, bazada məlumatları olan namizədər isə sadəcə internet üzərindən qeydiyyatdan keçə bilərlər. (https://ais.osym.gov.tr)

Qeydiyyat 15 mart tarixinə qədər davam edəcək.

 

Nəzrin RÜSTƏMOVA