https://www.zirve.edu.az/ #
2021-10-12 17:54:00
Təhsil naziri AzTU-da qonaq olub - FOTO

 

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetinin qonağı olub.

 

Universitetdə həyata keçirilən yeniliklərlə yaxından tanış olan nazirə gələcəkdə icarsı nəzərdə tutulan layihələr barədə məlumat verilib.

 

AzEdu.az xəbər verir ki, Təhsil naziri yeni qurulan auditoriyaların yaxınlarda açılışının planlaşdırldığını bildirib:

 

“Son illər görülən işlər və həyata keçirilən yeni layihələrlə tanışlıq məqsədilə Azərbaycan Texniki Universitetində qonaq oldum. TİKA tərəfindən maliyyələşdirilən və yaxın günlərdə açılışı planlaşdırılan “Cezeri Lab” laboratoriyası və Təhsil Nazirliyinin təşəbbüsü ilə universitetdə qurulan “Code Academy” auditoriyalarını yaxından izlədim.

 

Eyni zamanda, bu təhsil ocağında yaradılan Logistika və Nəqliyyat İnstitutu, onun nəzdindəki yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş “CRENG Office” layihəsi haqqında ətraflı məlumat verildi”.

 

Nazir son olaraq, -“eni tədris ilində “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə bu universitetdə “SABAH Magistratura” proqramına qəbul olunan tələbələrlə də görüş keçirildi”- deyə vurğulayıb.