Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri Sumqayıtda “SOCAR-Polymer” zavodunda olublar.
Bu barədə AzEdu.az-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ nümayəndələri “SOCAR-Polymer” zavodunun rəhbərliyi və əməkdaşları ilə görüşüb. “SOCAR- Polymer” komandası korporativ təcrübə üçün seçilən UFAZ tələbələrinin yeni bilik öyrənmək, yüksək səviyyəli rəqəmsal bacarıqlar və təşəbbüskarlıq qabiliyyətlərini qeyd edərək çox müsbət rəy bildirib.
UFAZ ilə “SOCAR-Polymer” zavodu arasında əməkdaşlıq məsələləri, eləcə də 4-cü kursda təhsil alan bakalavr, 1 və 2-ci kursda təhsil alan magistr tələbələrinin təcrübə keçmək imkanları müzakirə olunub.