Azedu.az

AzTU-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Ali təhsil

7 Oktyabr 2021, 15:20
AzTU-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Dekabrın 2-3-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Texniki Universiteti (Azərbaycan), Almetyevsk Dövlət Neft İnstitutu (Tatarıstan Respublikası, Rusiya), Brandenburq Texniki Universiteti (Almaniya), Cənubi Ural Dövlət Universiteti (Rusiya), Qazi Universiteti (Türkiyə) və Liberets Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif mövzularda elmi məruzələr dinləniləcək.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox