Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 17:26:00
Məktəbə başlama yaşının 5-ə endirilməsi niyə effektli olmayacaq? -Fazil Mustafa

 

 

 

Təhsil naziri Emin Əmrullayev məktəb yaşının 5-ə endirilməsi və şagirdlərin tədrisə adaptasiyasının erkən yaşlarda başlamasını təklif edib.

 

 

 

Məsələ, bəzi valideynləri məmnun etsə də, bəziləri 5 yaşın erkən olduğu qənaətindədir.

 

 

Millət vəkili Fazil Mustafa AzEdu.az-açıqlamasında bildirib ki, məsələnin detalları hələ cəmiyyətə məlum deyil:

 

 

“Düşünürəm ki, 1-ci sinif yaşının 5-ə endirilməsi məktəbəqədər təhsilin boşa getməsinə səbəb olacaq. Həmçinin, ölkəmizdə məktəbəqədər təhsil sisteminin infrastrukturunu qurmaq da mümkün olmayıb. Digər tərəfdən uşaqların məktəbə çatdırılması məsələsi də öz həllini tapmayıb. Ətrafa nəzər saldıqda görürük ki, hər məktəbin qarşısında yüzlərlə valideyn övladlarını gözləyir. Lakin dünyanın inkişaf etmiş dövlətlərində belə tendensiya yoxdur. Həmin yerlərdə uşaqlar xüsusi marşurut avtobuslarla məktəbə aparılır və yenidən evə qaytarılır. Bizdə isə valideyn işini ataraq övladını məktəbdən gətirib-aparmaq məsələsi ilə məşğul olur. Məktəb yaşının 5-ə endirilməsi Təhsil Nazirliyi tərəfindən əsaslandırılmalıdır”.

 

 

Millət vəkili qərarın hansı halda effektiv olacağından söz açıb:

 

 

“Məktəbəqədər təhsil sistemi ləğv olunub, 5 yaşdan təhsilə başlanılırsa, buna müsbət baxmaq olar. Amma həm məktəb yaşını 5-ə endirib, həm də məktəbəhazırlığı davam etdirmək effektiv nəticə verməyəcək”.

 

 

Qeyd edək ki, ölkəmizdə orta təhsil səviyyəsi 6 yaşdan başlayır.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları