Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi təmsil olunacaq.
AzEdu.az bildirir ki, UNEC-in stendində müxtəlif elm sahələrinə, xüsusən də iqtisadiyyata dair Azərbaycanda və dünyada nəşr olunan kitablar sərgilənəcək.