Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 11:12:00
Qiyabi təhsillə paralel ikinci ali təhsil almaq mümkündür?-DİM 

AzEdu.az redaksiyasına gələn suallar sırasında qiyabi təhsillə bağlı olanlar üstünlük təşkil edir. Azərbaycan ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Əyani təhsil alan tələbələrin sayı çox olsa da, qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir. Qiyabi təhsilə üstünlük verənlər isə əsasən, ya ikinci təhsil alanlar, ya da oxuyaraq işləyənlər olur. Qiyabi təhsildə tədris müddəti  hər semestr üçün 1 aydır. Tələbələr qış və yaz sessiyası olaraq ildə iki dəfə imtahan verirlər.

Qiyabi təhsil davam edərkən ikinci ali təhsil almaq mümkündür?

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, qiyabi təhsil davam etdiyi müddətdə ikinci ali təhsil almaq mümkün deyil. 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları