Azedu.az

Avropa Universitetlər Birliyi tərəfindən vebinarlar keçiriləcək

Ali təhsil

1 Oktyabr 2021, 11:27
Avropa Universitetlər Birliyi tərəfindən vebinarlar keçiriləcək

Avropa Universitetlər Birliyi (EUA) tərəfindən "Yeni dünya. Universitetlər dəyişən beynəlxalq münasibətlərdə" mövzusunda vebinarlar seriyası keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, vebinarlar seriyasında geosiyasətin necə dəyişdiyi, bunun Avropa siyasəti və universitetlər üçün nə demək olduğu haqqında məlumat veriləcək. Vebinarlar iştirakçıları Avropa səviyyəli siyasət müzakirələri haqqında məlumatlandırmaqla yanaşı, bu mövzuları onlayn formatda müzakirə etmək imkanı verəcək.

 

İlk vebinar “Yeni dünya” adlanır, 7 oktyabr, Bakı vaxtı ilə saat 16:00-17:00 aralığında keçiriləcək.

 

Tədbirdə iştirak ödənişsizdir.

 

ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox