Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 14:31:00
Bakalavrlar üçün Koreya təqaüd proqramına ərizə qəbulu başlayıb

Koreya Respublikasının Azərbaycandakı səfirliyi 2021-ci il üzrə bakalavr dərəcəsi üçün “Qlobal Koreya” təqaüd proqramı elan edib.


AzEdu.az səfirliyə istinadən xəbər verir ki, proqram xarici tələbələrə Koreyanın ali təhsil müəssisələrində təhsil almaq imkanı yaratmaq üçün nəzərdə tutulub. Məqsəd beynəlxalq təhsil mübadiləsinə və Koreya ilə iştirakçı ölkələr arasında qarşılıqlı dostluq münasibətlərinin dərinləşdirilməsinə töhfəsini verəcək akademik təhsil təqdim etməkdir.


Proqramda iştirak üçün ərizə qəbulu oktyabrın 5-dək davam edəcək.