Azedu.az

Şəhid xanımı təhsil haqqından azad olundu  

21 Sentyabr 2021, 12:24
Şəhid xanımı təhsil haqqından azad olundu  

Odlar Yurdu Universiteti şəhidin həyat yoldaşının təhsil haqqını qarşılayıb. 

 

AzEdu.az xəbər verir ki, universitetdən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşı Ağayeva Gülşən Müdavil qızı Odlar Yurdu Universitetinin “Ekologiya” ixtisasının əyani şöbəsinə qəbul olub. Şəhid xanımının təhsil haqqı xərclərinin tam ödənişinin qarşılanmasını Odlar Yurdu Universiteti öz üzərinə götürüb. 

 

Ali məktəb rəhbərliyinin bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

 

Modern.az

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox