Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 16:44:00
Koronavirusun müalicəsi üçün dərman preparatının tapılmaması başlıca problemlərdəndir  

Yeni növ koronavirus ( COVID-19) infeksiyasının növbəti dalğası ilə bağlı əvvəlcədən proqnoz vermək mümkün deyil.

 

AzEdu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

O bildirib ki, COVID-19-un hazırkı dalğasının əsas səbəbkarı infeksiyanın “delta” ştamıdır: "Bu ştam çox sürətlə yayılır. Bütün dünya ölkələrinin əhalisi eyni səviyyədə peyvənd olunmasa, yeni ştamlar yaranmağa davam edəcək. Təəssüf ki, dünyada peyvənd bölgüsü düzgün aparılmır. Hətta bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndləmə göstəricisi 1 faizdən də aşağıdır. Həmin ölkələrdə yeni ştamların meydana gəlməsi və dünyaya yayılması ehtimalı çoxdur. Yəni, heç kim yeni dalğanın nə vaxt gələcəyini deyə bilməz, amma ümid edirik ki, bütün tədbirlərin görülməsi, müxtəlif peyvənd çeşidlərinin yaradılması pandemiyanın bitməsinə səbəb olacaq".

 

H.Harmancı qeyd edib ki, koronavirusun müalicəsi üçün istifadə ediləcək dərman preparatının tapılmaması başlıca problemlərdəndir. Onun dediyinə görə, dünya ölkələrində COVID-19-un yeni müalicə üsulları və dərmanların ixtirası üçün tədqiqat işləri aparılır. Gələcəkdə daha effektiv müalicə üsullarının və dərman preparatlarının aşkar edilməsi və pandemiyanın sona çatmasına ümid edirik”.

 

ÜST nümayəndəsi əlavə edib ki, koronavirus pandemiyasının nə vaxt bitəcəyi barədə proqnoz vermək mümkün deyil.