Azedu.az

Təhsil Nazirliyinin sabiq şöbə müdiri Rəşad Tağıyev kimdir? - DOSYE

14 Sentyabr 2021, 17:45
Təhsil Nazirliyinin sabiq şöbə müdiri Rəşad Tağıyev kimdir? - DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

AzEdu.az Trend-ə istinadən bildirir ki, Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.


Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox