Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 16:17:00
ARTİ-nin Metodik Dəstək Mərkəzinin əməkdaşı məqaləsi dərc olunub

ARTİ-nin Metodik Dəstək Mərkəzinin əməkdaşı Səbinə Balayevanın "Modelləşdirmədən istifadə etməklə görmə məhdudiyyətli şagirdlərə Optika bölməsinin öyrədilməsi" adlı məqaləsini təqdim edirik.


Məqalədə görmə məhdudiyyətli şagirdlərin qarşılaşdıqları çətinliklər və onların təhsil hüququ, bundan əlavə, bu şagirdlərə fizika fənninin öyrədilməsi və tədrisi metodları, şagirdmərkəzli tədris, müasir öyrənmə modelləri, Optika bölməsi və intellektual inkişaf nəzəriyyəsinə əsaslanan öyrənmə dairəsi və s. kimi mövzulara toxunulub.


Qeyd edilib ki, müvafiq tədris metodlarının və uyğun təcrübələrin olmaması görmə məhdudiyyətli şagirdlər üçün fizikanın tədrisində daima bir maneədir. Şagirdmərkəzli fəal öyrənmə modelləşdirmədən istifadə etməklə faktların və düsturların toplanmasını deyil, elmi metodlarla faktların koordinasiyasını və inteqrasiyasını tələb edir. Bu tələbdən irəli gələn ehtiyacları ödəmək üçün müəllimlərə müxtəlif metodlarla tanış olmaq, onlar haqqında əlavə biliklər əldə etmək tövsiyə olunur.


Daha ətraflı: https://bit.ly/3hrX2Tu

#TəhsilNazirliyi #ARTİ #EduAz