Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 13:49:00
Yenidən müsahibə verəcək müəllim namizədlər bunları mütləq bilməlidirlər

 

 

 

MİQ üzrə apellyasiyaya müraciət edən namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. 

 

 

Müsahibə əvvəl elan edilmiş mövzular əsasında yenidən onlayn formatda təşkil olunacaq. 

 

 

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. 

 

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

 

 

Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları