Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 16:46:00
Doktoranturaya fəlsəfə fənni üzrə qəbul imtahanı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibinin sərəncamına əsasən, 10 sentyabr 2021-ci il tarixində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir  ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar və eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər imtahanın keçirilmə qrafiki ilə AMEA-nın müvafiq elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.

 

İmtahan AMEA Mərkəzi Elmi Kitabaxanasının binasında saat 10:00-dan başlayaraq, 12:00-da və 14:00-da keçiriləcək.

 

Qrafikə uyğun olaraq, namizədlərin imtahanın başlamasından 30 dəqiqə öncə imtahan binasında olmaları zəruridir.