Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 14:12:00
Yeni tədris ilinə dair qərar veriləcək - RƏSMİ

Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci dərs ili üçün tədris planları ilə bağlı əmrinə əsasən, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.

 

AzEdu.az xəbər verir ki,  Modern.az-ın hökumətdəki mənbəyə istinadən yaydığı məlumatda (https://m.modern.az/az/news/300710/hokumet-sert-karantine-getmir-dersler-oktyabrda-baslayacaq) yeni tədris ilinin 15 sentyabrdan deyil, 1 oktyabrdan başlanacağını xəbər vermişdi.

 

Qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya verilən cavab da dolayısı ilə bunu təsdiq edir:

 

“Hazırda bununla bağlı rəsmi məlumat yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək”.

 

Qeyd edək ki, yeni dərs ilində tədrisin təşkili bağlı Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir.