https://www.zirve.edu.az/ #
2021-08-30 15:25:00
Bu peşələri seçənlərin qazancı hər kəsdən artıq olacaq-SİYAHI

Xaricdə təhsil almaq gənclərin əksəriyyətinin arzusudur. Ölkədən kənarda  təhsil almağın yeni yerlər kəşf etmək, yeni insanlarla tanış olmaq kimi üstünlükləri var. Tələbələrin çoxu məzun olandan sonra gələcəklə bağlı narahat olurlar. Ona görə də ixtisas, gedəcəyi universitet seçiminə ciddi yanaşırlar.

 

AzEdu.az xaricdə ən çox qazanc verən və iş imkanı olan peşələri təqdim edir:

 

Səhiyyə: tibb, diş həkimliyi, əczaçılıq, tibb bacısı ya da fizioterapiya kimi sağlamlıq sahələri hər zaman ehtiyac olan peşələrdəndir. İngiltərə, Belçika, Almaniya, Amerikada səhiyyə işçilərinə ehtiyac olduqca çoxdur. Buna görə də əldə etdikləri gəlir də yüksəkdir. Məsələn, xarici ölkədə bir cərrahın illik qazancı ən az 107.000 dollardan başlayır, ən çox isə 252.910 dollardır, anesteziya mütəxəssisləri isə 269.600 dollardır.

 

Mühəndislik: ən çox qazanc verən peşələr sırasında yer alan mühəndislik həm keçmişdə, həm də hazırki dövrdə öz populyarlığını qoruyur. Xüsusilə son illərdə aerokosmik və neft mühəndisliyi yüksəliş dövrünü yaşayır və xaricdə iş sahələrinin artdığını demək olar. Bir neft mühəndisinin qazandığı illik gəlir təxminən 130.000 dollardır.

 

Rəqəmsal marketinq: son illər böyüyən iş sahələri sırasına daxildir. Tələbələr üçün inkişaf edən texnologiya və internet sayəsində beynəlxalq iş tapmaq imkanı da artıb. Rəqəmsal kanallarda təsirli reklam strategiyaları yaratmaq, marka adına kampaniyalar hazırlamaq kimi vəzifələri olan sosial media idarəçiləri eyni zamanda bütün sosial və rəqəmsal media platformalarında aktiv olmalıdırlar. Xaricdə ortalama illik gəliri 120.000 dollardır.

 

Aşpazlıq: bu peşə son illər gənclər tərəfindən daha çox seçilir. İtaliya, Yeni Zellandiya, Fransa, İngiltərə kimi ölkələr bacarıqlı aşpazlara ehtiyac duyur. Bacarıqlı , özünü inkişaf etdirmiş aşpazlara nəinki bu ölkələrdə, dünyanın hər yerində ehtiyac var. Bir aşpazın ortalama gəliri 100.000 dollardır.

 

Aviasiya: pilotluq sahəsində bir çox ölkədə yüksək səviyyəli təhsil almaq imkanı var. Təbii ki, pilot təlimindən əlavə kabin heyəti də sektor üçün vacib bir parçadır. Aviasiya və pilotluq dünyanın ən çətin peşələri sırasında yer alır, 4 illik bakalavr təhsili almağınızı tələb edir. Çətin olsa da qazancı yüksəkdir. Məsələn, Amerikada illik gəlir 110.000 dollardır.

 

Psixologiya: magistr təhsilini də tamamlamış bir psixoloq olarsanız, dünyanın harasında olursuzsa fərq etmir iş tapmaq imkanınız var. Xüsusilə də Amerika, Hollandiya, İsveçrə kimi Avropa ölkələrində zəngin magistr təhsilinə sahib psixoloq kimi bir çox yerlərdə ixtisaslaşa bilərsiniz. Ortalama illik qazanc isə 75.230 dollardır.

 

Hüquq: tibbi peşələrdən sonra gələn ixtisaslardan biri də vəkillikdir. Xaricdə vəkillikdən əlavə  hüquq məsləhətçisi kimi də yüksək qazanc əldə edə bilirsiniz. Xaricdə dünyada tanınmış şirkətlərdə çalışan hüquqşünaslar illik 120.000 dollara qədər qazanc əldə edər.

Fidan Ali