Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 18:12:00
Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında 624 nəfər müsbət qiymət alıb  

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarının nəticələrinə dair statistik məlumatları açıqlayıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, Gəncə üzrə məşqçilik, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasları üzrə 2 min 811 abituriyent qeydiyyatdan keçib. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında 1353 nəfər iştirak edib. Qabiliyyət imtahanlarında 624 nəfər müsbət qiymət alıb.