Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 11:00:00
Təhsildə vaksinasiya, davam edən ixtisas seçimi-Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 16-22 avqust tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın şəxs müraciət edib:

 

 

2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir.

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

 

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb:

 

 

Avqusun 11-14-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

 

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı açıqlanıb:

 

 

“Bugünədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.

 

 

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

 

 

COVID-19 əleyhinə vaksinə qarşı əks göstəriş arayışı təqdim edən təhsil işçilərinin sayı açıqlanıb:

 

 

Bu günədək 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib.

 

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

 

Jurnalistika üzrə qabiliyyət imtahanı keçirilib:

 

 

Dövlət İmtahan Mərkəzi avqustun 19-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

 

 

Bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak ediblər.

 

 

Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.

 

 

DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

 

 

DİM ixtisas seçimi edəcək şəxslərə müraciət edib:

 

 

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edəcək abituriyentlərin və subbakalavrlara müraciət edib:

 

 

“Siz DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz”-deyə bildirilib.

 

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına nəzər salaq:

 

 

TN: "Valideynlərin vaksin olunması ilə bağlı məktəblərə tapşırıq verilməyib"

 

 

"Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, xeyr, verilməyib. Ancaq suala cavab verilərkən, həm də "bəli" demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu, belə deyilmi?! Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır", - deyə o əlavə edib.

 

 

Bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Valideynlər də vaksin olunmalıdırmı?" sualını cavablandırıb.

 

 

Mehriban Vəliyeva: “Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib”:

 

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar müsahibə verib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları