Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-08 11:00:00
Peşə məktəbində müəllim, universitetdə rektor – Türk nazirin təhsil yolu  

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə professor Mahmut Özər Milli Təhsil naziri təyin edilib.

 

 

Belə ki, Türkiyənin sabiq milli Təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub.

 

 

AzEdu.az yeni Milli Təhsil naziri Mahmut Özerin təhsil dosyesini təqdim edir:

 

 

Özer 1970-ci ildə dünyaya gəlib. 1988-ci ildə Tokat İmam Hatip Liseyində orta təhsilini başa vurub. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992-1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyində elektrik mühəndisi olaraq çalışdıqdan sonra, 1994-2002-ci illərdə Qaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim kimi fəaliyyət göstərib.

 

 

2001-ci ildə Qaradəniz Texniki Universitetinin Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsindən doktorluq dərəcəsini tamamlayıb.

 

O, 2005 -ci ildə Zonquldaq Qaraalmas Universitetinin Mühəndislik Fakültəsində Elektrik-elektronik mühəbdisliyi üzrə dosenti olub, 2010 -cu ildə professor elmi adını qazanıb. 2009 -cu ildən prorektor vəzifəsinə təyin edildiyi Zonquldaq Qaraəlmas Universitetinə 2010-cu ildə rektor təyin  edilib.

 

2014 -cü ildə rektorluq seçkilərində də birinci olan Özer Bülent Ecevit Universitetinin rektoru seçilib.

 

 

2015-2016-cı illərdə Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışıb. 2014 -cü ilin oktyabr ayından etibarən TÜBİTAK tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində taranan Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Dergisinin baş redaktoru vəzifəsininin icrasına başlayıb. 15 oktyabr 2015 -ci ildən YÖK ( Yüksekokul Öyretim Kuruluğu) nümayəndəsi təyin olunub. 8 Avqust 2018 -ci ildə Milli Təhsil Nazirinin müavini kimi fəaliyyətə başlayıb.

 

 

6 Avqust 2021/ci ildə isə Milli Təhsil Naziri təyin edilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları