Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 16:35:00
Maksimum bal ölkə birincilərinin ailələrinə neçəyə başa gəldi?-Abituriyentlər danışdı

Ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün şagirdlərin əksəriyyəti repetitorlara müraciət etməli olur. Bu da valideynlərdən aylıq müəyyən məbləğin ödənilməsini tələb edir. Azərbaycanda aylıq orta əmək haqqını nəzərə alsaq, bu məbləğin miqdarı heç də az deyil. Hətta qəbul imtahanlarında maksimum nəticə göstərən şagirdlər də hazırki sistemdə repetitor köməyinə ehtiyac duyurlar. Bəs maksimum bal toplayan şagirdlərin valideynlərinə bu bal neçəyə başa gəlib?

 

AzEdu.az bu sualla maksimum nəticə göstərənlərə müraciət edib.

 

II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimum nəticə göstərən ölkə birincisi Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli məktəbin şagirdi Əflan Bədəlov (691.2 bal):

“Qəbul imtahanlarına hazırlıq üçün repetitor dəstəyindən istifadə etmişəm. Bunun üçün aylıq 250-300  manata yaxın  xərcim çıxırdı. Bu məbləğə dəftər-kitab almaq xərcləri də daxil olurdu. Salyan rayonunda yaşadığım üçün bu bölgədə yaşayan müəllimlərin hazırlıqlarına qatıldım. Digər bölgələrlə yanaşı Salyanda repetitor hazırlığı nisbətən bahadır. Hər il də qiymətlər artırılır. Bununla yanaşı imkanı az olan şagirdlərə ödənissiz hazırlıq təklif edən humanist müəllimlər də var”.

 

III ixtisas qrupu üzrə ölkə birincisi  Sumqayıt şəhər 21 saylı orta məktəbin şagirdi Fuad Quliyev(680 bal):

 

“Repetitorlar üçün aylıq xərcim 190 manat təşkil edirdi. Tarixdən isə evdə qardaşımla hazırlaşırdım, əlavə repetitora müraciət etməmişəm. Əgər həmin fənndən də əlavə müəllimə müraciət etsəydim nisbətən artıq xərcim çıxardı. Valideynlərimə də təşəkkür edirəm ki, həm maddi, həm də mənəvi dərstəklərini heç əsirgəmədilər və nəticəm də hər kəsin ürəyincə oldu”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları