Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 10:00:00
UNEC THİK fəalları “Yubiley döş nişanı” ilə təltif olunublar-FOTO

İyulun 26-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçıları və fəal THİK üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir  ki, tədbirdə UNEC THİK sədri Rüfət Süleymanlı, Vətən Müharibəsi iştirakçısı olmuş UNEC məzunları və idarə heyətinin üzvləri iştirak edib. 

 

Təltifetmə mərasimində UNEC THİK-in sədr müavini İlkan Əliyev, cari ilin məzunlarından olan fakültə THİK sədrləri Kərim Kərimov, Mətləb Məmmədov və
Vətən müharibəsi iştirakçısı olmuş  UNEC məzunlarından İmran Məmmədov, Kamran İbrahimli  və Mirhəsən Dadaşov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunublar.
 
 
“Yubiley döş nişanı” UNEC THİK sədri  Rüfət Süleymanlı tərəfindən təqdim edilib. R.Süleymanlı təltif olunanlara həmkarlar ittifaqı hərəkatına göstərdikləri dəstəyə və xidmətlərə görə təşəkkür edib. 
 
 
Sonda universitetin və komitənin ictimai həyatında fəal iştirak edən tələbə və məzunlar, həmçinin Azərbaycanın qəhrəmanlıq səlnaməsini yazan Vətən müharibəsi iştirakçıları UNEC THİK-in Fəxri Fərmanı ilə təltif ediliblər.