Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 14:36:00
"İmtahan hissiyyata yox, praktik biliyə əsaslanmalıdır"-İngilis dili üzrə ən yüksək nəticə göstərən NAMİZƏD

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 27 iyulda İnglis dili müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 1 müdavim yüksək nəticə əldə edib.

 

 

AzEdu.az  yüksək nəticə göstərən namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib:

 

 

Vahidə Hasilova İnglis dili üzrə 53 bal toplayıb:

 

 

O, 1992-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. İbtidai təhsili Rusiyada, 5-11 sinifi isə Azərbaycanda bitirib. 2010-cu ildə 549 balla Azərbaycan Dillər Universitetinin İnglis dili müəllimliyi ixtisasına qəbul olub. 2-ci kursda oxuyarkən İELTS imtahani verib 6.5 ballıq nəticə əldə edib, Britaniyanın Essex universitetine qəbul olub, lakin maddi problemə görə orada təhsil almağa gedə bilməyib. 2014-cü ildə magistr imtahanında 128 bal toplayaraq ixtisası üzrə ölkədə ən yüksək göstəricini əldə edib və Azərbaycan Dillər Universiteti Dilşünaslıq ixtisasını seçib. 

 

 

 

“2016-cı ildə təhsilimi bitirərək MİQ müsabiqəsində iştirak etdim. 55 bal ilə Ağdam rayonu 66 nömrəli orta məktəbə qəbul olundum. 2017-ci ildə yenidən imtahan verərək 59 bal topladım. 2021-ci ildə isə 4 il aradan sonra 53 bal topllıq nəticə göstərdim”. 

 

 

Müdavim imtahan prosesinin niyə belə çətin olmasından söz açıb:

 

 

“İmtahanın gedişatına gəlincə deyə bilərəm ki, ingilis dili sualları yalnız "dama-dama göl olar" təsviri ilə uzun illər bilik toplayan bir insan üçün normal-çətin hesab oluna bilər. Lakin namizədlərin əksəriyyəti heç vaxt işləməyəb, yenicə təhsilini bitirmiş insanlardır və bu formatda imtahan onlar üçün çox çətin hesab olunur. Sualların bir hissəsi dil biliyindən daha çox dil hissiyyatına əsaslanırdı. Dil hissiyyatı isə illərin praktikası sayəsində formalaşır.

 

 

Düşünürəm ki, imtahan nə qədər çətin olsa da, hissiyyata yox, praktik biliyə əsaslanmalıdır ki, hər kəsin xalis biliyi üzə çıxsın və namizədlər özlərinə layiq yerlər qazansın. Hər kəs vahid dərslik və proqramın olmasını arzulayır”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları