Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 14:24:00
“Bütün təhsil həyatım müddətində həmişə əlaçı olmuşam”- Universiteti 100 balla bitirən MƏZUN

 

Bu  il  çox  sayda  tələbə  Azərbaycan  Universitetlərində  öz  təhsilini  yüksək  ortalama  ilə  başa  vurdu.

 

Ancaq  onlar  arasından  bir  məzunumuz  maksimum, 100 ÜOMG  göstəricisi  ilə  fərqlənir.

 

Bu  istedadlı  gənc, bu  il  Azərbaycan  Dövlət  Aqrar  Universitetini  maksimum  ortalama  nəticə  ilə  bitirən  Dinara  Əliyevadır.

 

AzEdu.az  təhsilini  uğurla  davam  etdirən  bu  gənclə  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  öz  dilindən  tanıyaq...

 

Əliyeva Dinarə, Gəncə  şəhəri  M.Hadi  adına  10  saylı  orta  məktəbi  bitirmişəm. Hazırda  Gəncə  şəhərində  yaşayıram. 2017- ci  ildə  576  balla ADAU-ya İqtidadiyyat  ixtisasına  qəbul  olmuşam. Bu  il  magisturaturaya  qəbul imtahanında  73  bal  toplamışam.

 

Universitetə yüksək balla qəbul olmusuz. Bir az orta məktəb illəri və qəbul imtahanlarına hazırlıq prosesindən danışardız. Seçiminiz niyə məhz ADAU oldu?

 

-Orta  məktəb  vaxtı  həmişə  əlaçı  olmuşam, ümumiyyətlə  bütün  təhsil həyatımda  həmişə  əlaçı  olmuşam. Düşünürəm  ki,  yüksək  bal  toplamaq  üçün  1- ci sinifdən  bütün  dərslərə  intizamla  hazır  olmaq  lazımdır. ADAU-nu  seçməyimdə  səbəb  Gəncə  şəhərimdə  yaşamağım  və  son  zamanlarda ADAU-da  olan  inkişaf  olmuşdur.

 

Bakalavriat  pilləsindən maksimum ortalama  ilə məzun  olmusuz. Bir az bu  pillədə  təhsil  müddətinizdən danışardınız. Dərslərdə  iştirakınız, imtahanlara  hazırlıq prosesiniz necə idi?

 

-Dərslərə,  imtahanlara  həmişə  hazırlıqlı  olmuşam  yenə  deyirəm  davamlı  və intizamlı  çalışmaq  uğur  üçün  önəmlidi. Nəticələrimdə, universitetimizdə  olan  yüksək  təhsil  və  yüksək  təhsilli  müəllimlərimizin  rolu  çox  böyükdür. Bütün müəllimlərimə  minnətdarlığımı  bildirirəm.

 

Magistratura  pilləsi  üzrə  də qəbul imtahanlarında yüksək nəticə göstərmisiz. Dərslərlə  paralel  olaraq  bu  imtahana  necə  hazırlaşdız? Təhsilinizi bu  pillə  üzrə  harada  davam  etdirəcəksiz?

 

-Magisturaturaya  qəbul  zamanı  online  dərslərdə  həmişə  intizamlı  olaraq iştirak  etmişəm. Bu  pillə  üzrə  qəbul  imtahanında  73  bal  topladım. Magistraturada  təhsilimi Gəncə Dövlət Univetsitetində,  Dövlət qulluğunun təşkili və idarə edilməsi  ixtisasında  davam  etdirəcəyəm. Düzdür, imtahana  hazırlıq  biraz  çətin  oldu,  ancaq  əzm  və  oxumaq  həvəsi  ilə hər  bir  şey  etmək  mümkündür.

 

Maraqlıdır,  uğurlu  təhsil  yoluna  malik  biri  olaraq  gələcək  üçün  nə  kimi  planlarınız  var?

 

- Gələcək planım  magistratura  təhlisimi  bitirib  doktorantura  pilləsinə  qəbul olmaqdır. Daha  sonra  Dövlət  qulluğu  üzrə  imtahan  verib  sertifikat  almaq   və  yaxud  vergi  orqanlarına  qəbul  olmaq  üçün  imtahan  vermək  planım  var.

 

Həm  qəbulda, həm  də bakalavriat  səviyyəsində göstəriciləriniz təqdirəlayiqdir. Sizin  kimi  təhsilində  uğur  qazanmaq  üçün  çalışan  abituriyent  və  bakalavrlara  nə  kimi  tövsiyələriniz olardı?

 

-Bu  sözlərə  görə  sizə  çox  təşəkkür  edirəm. İbtidai  sinifdən  intizamlı  təhsil önəmlidir. Bununla  yanaşı  əzm, oxumaq  həvəsi olmalıdır. Ən çox da gələcəklərini düşünməli, öz  həyatlarını  qurmalıdırlar. Bunun  üçün  də  yüksək  səviyyədə  təhsil  önəmlidir. Ən  əsası  qızlara  məsləhətim  odur ki, yüksək təhsil  alıb  öz  ayaqlarının  üzərində  durmağı  bacarsınlar.