Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 14:12:00
"Sualların təhsil sistemimizlə əlaqəsi yox idi"-MİQ-in İnglis dili imtahan iştirakçılarından ETİRAZ

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 27 iyulda İnglis dili müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 1 müdavim yüksək nəticə əldə edib. O, 53 bal toplayıb.

 

 

İmtahan iştirakçılarının çoxu sualların çətinlik səviyyəsindən şikayət ediblər. Onlar test tapşırıqlarının qəliz olduğunu dilə gətiriblər. Müdavimlər arasında İELTS-dən 7 və 8 kimi yüksək nəticə əldə edən şəxslər də olub, lakin onlar imtahan prosesində aşağı bal toplayıblar.

 

 

AzEdu.az imtahanda iştirak edən müdavimlərin bəziləri ilə ünsiyyətdə olub və onların fikirlərini öyrənib:

 

 

Müəllim namizəd Kamal İbişov qeyd edir ki,  imtahanda suallar olduqca vaxtaparan, çərçivədən kənar idi:

 

 

“Test tapşırıqları müəllim üçün qeyri-lazımi suallarla əhatə olunmuşdu. Bizə ne orta məktəb, ne de universitetdə bu səviyyədə təhsil verilmir. 604 balla ali məktəbə qəbul ol, normal qiymətlerle oranı bitir, ötən il 52 balla işə başla və dünənki imtahanda 40+ balı sürünə-sürünə topla. Bu qədər ədalətsizlik olarmı?

 

 

Esmira Bayramova qeyd edir ki, 27 iyul səhər saat 9 seansında ingilis dili üzrə keçirilən imtahanda iştirak etdib:

 

 

“Onu deyim ki, suallar Azərbaycanda bizə verilən təhsildən qat-qat çətin  qoyulmuş və qarışıq şəkildə idi. Bir sualda dəqiq səhv vardı. Sualları görüncə məndə yaranan şok təsirini sözlə ifadə etmək qeyri-mümkündür. Həm ixtisasdan, həm də kurikulumdan qeyri-peşəkar suallar salınmışdı. Biz Azərbaycanda heç bir dərslikdə o qaydalarla rastlaşmamışıq. O suallar arxaikləşmiş qaydalar əsasında hazırlanıb, heç doğma dili ingilis dili olanlar belə o qaydalardan xəbərsizdir və danışıqda istifadə edilmir. Biz orta məktəbdə təhsil vermək üçün imtahana getmişik, xaricdə dilçilik üzrə müdafiə etmək niyyətində deyilik. Xahiş edirəm, imtahanlar ləğv olunub yenidən təşkil olunsun. Mövzular öz kitablarımızdakı qaydalara əsaslansın. Xarici saytlar bizim dərs vəsaitimiz ola bilməz, olmamalıdı. Bizim üçün vahid kitab, dərslik tərtib olunsun. Mən artıq evdə, ətrafımda heç kimin üzünə baxa bilmirəm. Çünki başa salmaq olmur ki, sualların mənim ixtisasımla əlaqəsi yoxdur. Nəticədə ruh düşkünlüyü, insanlardan uzaqlaşmaq və həyatdan bezmək kimi hallarla üzləşirik. Xahiş edirəm, bizim qürurumuzla oynamayın. 3 övladımın üzünə baxa bilmirəm. Düşünürlər ki, anaları savadsızdır. Onlar belə düşünərkən mən övladlarımı necə təhsilə cəlb edə bilərəm ki? Uşaq ağlıyla "özü bilmir, bizi məcbur edir" kimi düşncəyə qapılırlar. Hardan bilsinlər ki, ana özü bir oyuna qurban gedir”.

 

 

Nəzrin Hüseyinli vurğulayır ki, Təhsil Nazirliyi imtahandan öncə sınaq təşkil etdirdi ki, suallar bu tipdə duşəcək:

 

 

“Dünən təşkil etdilən qəbulla sinaq arasinda dağlar qədər fərq var. Yəni bu qədər savadsız  kadr var deyirsiniz? Amma bu, savadsızlıqdırsa, onu da deyim ki,  sizin məktəbdə verdiyiniz, universitetdə tədris etdiyiniz dərslər bunlardır. Neçə ilin məktəb muəllimələri belə dünən bal artirmaq adi ilə daxil olduqları imtahandan ağlaya-ağlaya çıxdılar. Qəti şəkildə etiraz edirik!”.

 

 

Nigar Musazadə deyir ki, 27 iyulda keçirilən MIQ imtahanı çox ədalətsiz, çərçivədən ve proqramdan çox uzaq idi:

 

 

 

“Suallar olduqca çaşdırıcı, uzun ve məntiqsiz idi. Imtahanın Azərbaycan təhsil sistemi ilə yaxından-uzaqdan əlaqəsi yox idi.  Dəfələrlə MIQ-in ingilis dili imtahanından 50+ bal toplayıb ve artıq işləyib təcrübəsi olan müəllimlər 30-40 ballıq nəticə göstərdi. Halbuki bu ballar əvvəlki illərdə 40-50 olurdu. Müəllimlər savadsızlaşıbmı ki təcrübə topladıqdan sonra? Xahiş edirik, 27 iyul ingilis dili imtahanları təhlil edilsin ve ədalətli qərar verilsin”.

 

 

Ümid edirik ədalətli qərar veriləcək!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları