Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 16:48:00
Kompüter oyunlarının beyin inkişafına faydaları-BUNLARI TƏTBİQ EDİN

Tədqiqatlar nəticəsində kompüter oyunlarınn beynin quruluşuna və insan davranışa təsir göstərdiyi müəyyən edilmişdir.

 

AzEdu.az  təqdim edir:

 

Yaradıcılıq qabiliyyətini gücləndirir:

 

Yaradıcılıq hər yaş qrupu üçün əla xüsusiyyətdir. Miçiqan Universitetinin araşdırmasına görə, bu xüsusiyyəti  video oyunlarla gücləndirə bilərik.

 

Seçimlərini daha düzgün və sürətli edirlər.

 

Çətin seçim etməli olsanız, oyun sevən bir dostunuzun yanında olmağınız daha yaxşı seçimlər etməyinizə kömək edəcəkdir. Tecrübələrdən aydın olur ki,oyun oynayan insanlar digərlərinə  nisbətən daha sürətli və düzgün qərar qəbul edirlər.

 

 Liderlik xüsusiyyeti aşılayır:

 

Strateji oyunlar, zəkanın inkişafında kitablar qədər təsirlidir . Motivasiya və empatiya bacarıqlarını artıran kompüter oyunları uşaqlara liderlik keyfiyyəti aşılayır

 

Stress və narahatlığı azaldır:

 

Gündə bir saat oyun oynamaq beynin dincəlməsinə kömək edir. Nəticədə insan özünü daha rahat hiss edir.

 

Sosiallaşdırır:

 

Çox iştirakçılı oyunlar uşaqların sosiallaşması və yaşıdları ilə daha asan ünsiyyət qurmasına təsir göstərir.

 

Problemləri daha tez həll edirlər:

 

Aparılan araşdırmalar göstərir ki, aksiyon , xüsusilə FPS (First Person Shooter) oyunaları insanın qavrama  və problem həll etməsinə  kömək edir.

 

Planlaşdırma bacarığını artırır:

 

Oyunda növbəti səviyyəyə keçmək üçün yeni strategiyalar yaratmaq  vacibdir. Bu isə, plan qurmaq və onu həyata keçirmək bacarığını artırır.

 

Qeyd edək ki, Döyüş və silah oyunları uşaqların zehni sağlamlığına mənfi təsir göstərir. Psixoloqllar uşaqları şiddət aşılayan oyunlardan uzaq tutmanızı  tövsiyyə edir.

 

Gülcahan Məmmədova