Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 10:25:00
Bu liseyin 19-cu məzunu 700 bal topladı

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan edib.

İmtahan nəticələrinə əsasən, 15 abituriyent 700 bal toplayıb. Onlardan 11-i I, 4-ü isə IV ixtisas qrupu üzrə imtahan verib. Maksimum nəticə göstərən abituriyentlərdən biri də Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Tapdıq Məhərrəmlidir. O, I ixtisas qrupu üzrə imtahan verib.

Ümumilikdə isə liseyin imtahanda iştirak edən 83 məzunundan 57-i 600-dən çox bal toplayıb. Bu, liseyin imtahanda iştirak edən məzunlarının 69%-i deməkdir.

Bu barədə şəxsi feysbuk hesabında məlumat verən Bakı Türk Liseyinin rəhbəri Kadir Bektaşoğlu bunu inanılmaz müvəffəqiyyət allandırıb. O, liseyin məzunları və uğurda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Məhərrəmli Liseyin maksimum nəticə göstərən 19-cu məzunudur.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları