Azedu.az

Təhsil Nazirliyi: 1363 tələbə köçürülmək üçün müraciət edib  

26 İyul 2021, 13:08
Təhsil Nazirliyi: 1363 tələbə köçürülmək üçün müraciət edib  

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu iyulun 26-sı saat 15:00-dək davam edəcək.

Təhsil Nazirliyindən bildirilib ki, bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 nəfərin müraciəti qeydə alınıb. Onlardan 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox