Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-24 21:50:00
3 günə qərar veriləcək-Nazirdən MİQ narazılığına münasibət

Təhsil naziri Emin Əmrullayev son günlər MİQ-lə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

 

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı nazir sosial şəbəkə hesabında açıqlama verib:

 

 

“Hörmətli MİQ imtahanının iştirakçıları,

 

 

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları