Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-24 09:15:00
Beynəlxalq Riyaziyyat Olimpiadasından qazanılan uğur  

14-24 iyul 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib.
 

AzEdu.az xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medala, həmin liseyin IX şagirdi Fidan Qarayeva,  Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Elçin Musazadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.

 

Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.