Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 18:00:00
İşinizi asanlaşdıracaq 11 sadə öyrənmə texnikası – Abituriyentlər üçün vacib

 

 

 

Qəbul imtahanları  yaxınlaşdıqda bir çox abituriyentlər  stress və depresiyya yaşamalı olurlar.  Bu çətin dönəmi asanlaşdırmaq, gərginlikdən xilas olmaq  bir çoxlarının arzusudur.

 

Xüsusi dərs mənimsəmə  texnikaları bu işdə köməyimizə gələ bilər. Həmin texnikalar hər kəs üçün fərqli olsa da, bir çoxlarının işinə yarayacaqdır.

 

 

AzEdu.az həmin öyrənmə texnikalarını təqdim edir:

 

 

1.Dostlar

 

 

İmtahanlar yaxınlaşdıqda mövzuları fərdi qaydada deyil, əsasən dostlarla bərabər qrup şəklində çalışın. Qrupun 8 nəfərdən çox olmamasına çalışın, əlavə insan çoxluğu diqqəti yayındırır. Kampus, kitabxana və ya kafelərdə görüş keçirin. Oxuduğunuz bölmə ilə əlaqəsi olmayan bir dostunuzun sizinlə gəlməsi faydalı ola bilər.  Qeydlərinizi, dərs kitablarınızı dostunuza verin və bu mənbələrdən sizi sorğ-sual etməsini ondan istəyin.  Ünvanladığı sualların mövzusu ona nə qədər yad olsa, siz də bir o qədər çox sual istəyin. Verdiyiniz cavablar həm sizin, həm də dostunuzun bu mövzuya bələd olmasına şərait yaradacaq.

 

 

2.Çox kofein istifadə etməyin

 

 

Kofelərin sehrinə çox qapılmayın. Bəli, dərs çalışmaq üçün zehniniz aydın olmalıdır və bir fincan qəhvə bu vəziyyətdə sizə kömək edə bilər. Lakin kofenin təsirlərinin 6 saatda keçdiyini düşünsək, çox içilən kofe miqdarının sizin yuxu sisteminizə ziyan vurduğunu deyə bilərik. Xüsusillə də, imtahan dövründə yuxunuzu yaxşı almalısınız.

 

 

3.Hərəkət edin

 

 

Diqqətinizi oxumağa yönəltdiyiniz zaman uzun müddət masa arxasında qalırıq. Ancaq  hərəkətsiz oturmaq bədən üçün sağlam seçim deyil. Arada qısa fasilələr vermək həm bədən, həm də ağıl üçün çox faydalıdır. 

 

 

4.Rəng kodlarından istifadə edin

 

 

Hansısa məqalə üzərində işləyərkən yadda saxlamaq istədiyiniz əsas məqamları vurğulaya bilərsiniz. Rənglər məlumatları gözlərimiz və şüurumuza hopdurub, yaddaşımızda daha çox qalmasında faydalıdır.  Bu, sizə vacib məqamları, xüsusi şərtləri və digər hissələri xatırlamaqda kömək edəcək. Dərs zamanı qeydlər apararkən fərqli rəngli qələmlərdən istifadə etməyiniz faydalı olacaq.

 

 

5.Qısaltmalar 

 

 

Dərs qeydlərinizi daima unutmamağa çalışmaq sizin üçün çətin ola bilər.  Mövzuları təsnif edə və başlıqları qısalda bilərsiz.  Bu mənalı bir sözü və ya heç bir mənası olmayan nüansı aşkarlamaqda  sizə kömək edəcək.  

 

 

6.Əvvəlcə ev tapşırığınızı tamamlayın

 

 

İmtahanlar üzərində diqqəti cəmləşməyə başlamazdan əvvəl tapşırıq, təqdimat və layihələrinizi tamamladığınızdan əmin olun.  Beləliklə, bu yayındırıcı amili aradan qaldırmış olacaqsız. Bundan əlavə, işə başlamazdan əvvəl otağınızı səliqəyə salmaq başqa bir diqqəti yayındıran amili də aradan qaldıracaq.

 

 

7.Hesablarınızı bağlayın

 

 

Dərs çalışarkən bir mövzuya baxmaq üçün Google’-ı açdığınızda, özünüzü Facebook-da, sonra Twitter və Instagram-da tapa bilərsiniz.  Saatın bir qədər irəlilədiyini anladığınızda işləmək üçün vaxtınız qalmayacaq.  Bunun qarşısını almaq üçün bütün sosial media hesablarınızı bağlayın.

 

 

8.Telefonunuzu gizlədin

 

 

Dərs oxuyarkən telefonunuzu sizdən uzaq tutmaq da faydalı tədbirdir. 

 

 

9.Təkrar-təkrar yaz

 

 

Öyrəndiyiniz  mövzunu zehninizdən kağıza köçürmək, əlaqəli olanın möhkəmləndirilməsində faydalı olacaqdır. Sinifdə dərs zamanı etdiyiniz qeydləri daha izahlı şəkildə kağıza köçürülməsi öyrənməyinizə kömək edə bilər. 

 

 

10.Mütləq ara verin

 

 

İmtahandan əvvəl səhərə qədər oxumağın heç bir faydası olmayacaq.  Yuxunuzu yaxşı almağınız vacibdir.  Əks təqdirdə, dərs qeydlərinizin üzərində oyanıb imtahanı qaçırdığınızın fərqinə varacaqsız.

Yuxu vacib olduğu qədər, öyrənməyə ara vermək də önəmlidir. 15 dəqiqə istirahət müddətləri həm fiziki, həm də ruhi sağlamlığınız üçün lazımdır.

 

 

11.Özünüzü mükafatlandırın 

 

 

İmtahan dövründə qidalanma və  sağlamlığınıza  diqqət yetirin, Kiçik, şirin qəlyanaltı və çərəzlər sizi kifayət qədər motivasiya edə bilər.  Məsələn, bir şokolad serotonin (xoşbəxtlik hormonu) təmin edərkən eyni zamanda zehninizi də açacaqdır.

 

 

Uğur daima sizinlə olsun!

 

FİDAN ALİ