Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 11:51:00
Magistratura pilləsinin boş qalan plan yerlərinə qəbul necə aparılacaq?-DİM

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib.

 

Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar əksini tapıb.

Boş qalan plan yerlərinə qəbul hansı jurnal əsasında aparılacaq?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, bununla bağlı yeni jurnal nəşr olunacaq.

 

Magistratura səviyyəsinə qəbul olunanların qəbul olduqları ali təhsil müəssisələrindəki qeydiyyatı haqqında DİM-in saytında və sosial şəbəkə hesablarında əlavə məlumat veriləcək.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları