Azedu.az

3 mindən çox bakalavr ixtisaslaşma seçimi ərizəsini təsdiqlədib

Dövlət İmtahan Mərkəzi

1 İyul 2021, 11:40
3 mindən çox bakalavr ixtisaslaşma seçimi ərizəsini təsdiqlədib

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün bakalavrların proqram və ixtisaslaşma seçimi davam edir.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya fevralın 28-də və mayın 26-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar buraxılırlar. Bu gün saat 10:25-ə olan məlumata görə, 3252 bakalavr (Azərbaycan bölməsi - 2943; rus bölməsi – 309) ixtisaslaşma seçimi ərizəsini təsdiq edib.

 

Qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16 624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11 615 nəfər olub.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox