Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-28 12:12:00
“Bu yolla sentyabr ayından üz-üzə dərslərə başlamağa zəmanət vermiş olacağıq”- Ədalət Muradov

 

“Sentyabr ayından üz-üzə dərslərə başlamaq üçün hazırlıq işləri uğurla davam etdirilir”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  rektoru  Ədalət  Muradov  bildirib.

 

Rektor, universitet  heyətinə  müraciət  edərək hər  kəsi  peyvənd  olunmağa  çağırıb:

 

“Hörmətli həmkarlar,

 

Dəyərli UNEC əməkdaşları,

 

Əziz tələbələr,

 

Sizləri sentyabrda universitetimizdə qarşılamaq üçün bütün zəruri işlər ən qısa vaxtda tamamlanacaqdır. Bununla yanaşı, dünyanın bir çox ölkələrində COVİD19 yenidən sürətlə yayılması haqqında məlumatlar yayılır. Bu pandemiyaya qarşı bu gün ən uyğun müdafiə yolu peyvənddir. Peyvəndləmədən çəkinməməyi, COVİD19-a qarşı vaxt itirmədən peyvənd olunmağınızı tövsiyyə edirəm. Bu yolla sentyabr ayından üz-üzə dərslərə başlamağa zəmanət vermiş olacağıq.

 

Allah hər birinizi qorusun.

 

Sentyabrda görüşmək ümidi və arzusu ilə...”

 

Qeyd  edək  ki, hazırda  Azərbaycanda  vaksinasiya prosesi  davam edir.