Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 10:36:00
Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq 

"Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur".


Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.


O qeyd edib ki, təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir: "Xüsusilə də son dövrlərdə psixoloji- emosional vəziyyətin tənzimlənməsi gündəmdədir. Bununla əlaqədar Təhsil Nazirliyinin qərarı var ki, bütün məktəblərdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılsın. Buna uyğun olaraq yəqin ki, bu ilin sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq".

 

Report