Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-15 18:00:00
Bakı Mühəndislik Universiteti UNESCO-nun illik hesabatında    

Bakı Mühəndislik Universiteti (BMU) UNESCO-nun illik hesabatında yer alıb.

 

BMU-dan AzEdu.az-a bildirilib ki, universitetdə elmin kommersiyalaşdırılması, startapların inkişafı ilə bağlı görülən işlər sənəddə qeyd olunub. Belə ki, hesabatın Azərbaycana aid olan bölməsində “Yeni Fikir” startap müsabiqəsinin BMU-nun təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə həyata keçirildiyi vurğulanıb.

 

İllik hesabatda innovativ sahibkarlığın, təşəbbüskarlığın və startapların inkişafını təşviq edən,  dəstəkləyən “Yeni Fikir” startap müsabiqəsinin 100 layihəyə dəstək verməsi, bunlardan 35 layihəyə inkubasiya xidmətləri göstərməsi diqqətə çatdırılıb.

 

Bununla yanaşı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən dəstəklənən “Ağıllı Körpü” və “Rəqəmsal Hökumətin Təşviqi” kimi təşəbbüslərin texnologiya transferi, universitet ilə iş birliyi və elektron idarəetmə ehtiyaclarının araşdırılması qabiliyyətini artırmağa çalışması göstərilib.  Bu kimi təşəbbüslərdə elm və innovasiya ilə bağlı fəaliyyətlərin məhdudiyyət təşkil etməsinə baxmayaraq, texnologiyanın mənimsənilməsinin təşviqi ilə əlaqədar  addımların diqqəti cəlb etməsi də hesabatda yer alıb.

 

UNESCO-nun dünya ölkələrində elmin inkişafını, o cümlədən elmin kommersiyalaşdırılması və startapların inkişafı göstəricilərini əks etdirən hesabatında yeni dünya trendlərinin prioritetləri kimi innovasiya iqtisadiyyatının başlıca parametrlərindən olan elmin inkişafı məsələlərinə geniş yer ayrılıb.

 

Hesabatda Azərbaycanla bağlı göstəricilər də əks olunub. Belə ki, 700 səhifədən çox həcmə malik hesabatın 332-335-ci səhifələrində Azərbaycan haqqında göstəricilər və təhlillər barədə məlumat verilir. Ölkəmiz haqqında məlumatlar Qara dəniz hövzəsi ölkələri ilə müqayisəli şəkildə göstərilir. Hesabatda elmi-tədqiqatlar, o cümlədən elmi nəşrlər, elmin kommersiyalaşdırılması, elmi-tədqiqat nəticələrinin iqtisadiyyata tətbiqi, universitet-sənaye əməkdaşlığı və s. bu kimi məqamlar haqqında müqayisəli məlumatlar da var. 

 

UNESCO-nun illik hesabatı ilə  buradan tanış olmaq mümkündür.