Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-15 13:36:00
Lütfi Zadə irsi ilə bağlı ən maraqlı sual UNEC tələbələrinə mükafatlar təqdim olundu-FOTO

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyi münasibətilə UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Lütfi Zadə irsi - Qeyri səlis iqtisadiyyat” mövzusunda keçirilən tədbirdə 4 tələbəmiz Lüifi Zadə ilə bağlı ən maraqlı sual verərək qalib oldular.

 

AzEdu.az xəbər verir ki, I yerin qalibi 200 manat, II yer 150 manat, III yerin sahibləri isə 100 manat əldə etdilər.

 

Bu gün UNEC-in prorektoru professor Sakit Yaqubov və Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan əvəzi Elman Cəfərov tələbələrə sertifikatlar və pul mükafatlarını təqdim etdilər. Fakültə üzrə THİK sədri Məhəmməd Rəhimova isə tədbirin təşkilində göstərdiyi dəstəyə görə Fəxri Fərman təqdim olunub.

 

Qalibləri təqdim edirik:

 

I yer - Ləman Əlizadə - Kompüter elmləri ixtisası, I kurs

 

II yer - Arif Rəhimov - İnformasiya texnologiyaları ixtisası, I kurs

 

III yer - Aydan Ələkbərzadə - Kompüter elmləri ixtisası, I kurs

 

Siyavuş Qurbanov - SABAH mərkəzi, Biznesin idarə edilməsi ixtisası, III kurs

 

Tələbələrimizi təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq!