Azedu.az

Qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlər buraxılış vəsiqələrini çap edə bilər

14 İyun 2021, 12:12
Qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlər buraxılış vəsiqələrini çap edə bilər

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən dizayn (14), dekorativ sənət (15), məşqçilik (61), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsi iyunun 11-dən etibarən abituriyentlərin qeydiyyatdan keçdikləri səhifəyə yerləşdirilib.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox