Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 14:15:00
Akademik Çingiz Qacar vəfat edib

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar vəfat edib.

AMEA-dan bildirilib ki, alim 92 yaşında vəfat edib.

Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə o 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.

18 aprel 2014-cü ildə Aka¬demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.

Allah rəhmət eləsin!