Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 16:35:00
”Yay məktəbi”ndə iştirak edəcək şagirdlərə şad xəbər –  Nazirlik rəsmisi açıqladı

 

 

“”Yay məktəbi”ndə iştirak edəcək şagirdlərin kitabları tədris ilinin sonunda yığılmayacaq”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyin facebook üzərindən yayımlanan “Vətəndaş saatı” canlı yayımında  qurumun Qiymətləndirmə sektorunun müdiri Anar Mirzədadə deyib.

 

O, qeyd edib ki, adətən şagirdlərdən dərs vəsaitləri iyunun 14-də toplanılır:

 

 

“Lakin bu il “Yay məktəbi”ndə iştirak edəcək şagirdlərdən seçdikləri fənlərə uyğun kitablar təhvil alınmayacaq”.

 

 

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları