Azedu.az

Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə  

Dövlət İmtahan Mərkəzi

4 İyun 2021, 17:00
Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə  

Həftəiçi günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında abituriyentlərə ərizə qəbulu, qabiliyyət imtahanları və onlara qeydiyyatla bağlı texniki məsələlərdə dəstək göstərilir.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu, qabiliyyət imtahanları, imtahanlarda iştirak etmək üçün qeydiyyat prosesi və s. haqqında ödənişsiz texniki dəstək göstərilir.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin bazar ertəsindən cümə gününədək saat 10:00-17:00 arasında akademiyaya müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski prospekti, 98.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox