https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-17 13:25:00
Paytaxt məktəblilərinin təhlükəsizliyi təmin olunur - BNA  

Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

V.Kərimli qeyd edib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub:

 

“Eləcə də mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”.(Modern.az)