Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-15 15:00:00
Alternativ enerji nədir? – Yer kürəsi sevinir!  

Yaşadığımız planetdə istifadə etdiklərimiz nəyə səbəb olur deyə düşünürük? Sürdüyümüz maşın, bişirdiyimiz yemək, baxdığımız televizor əslində ətraf mühitə ziyan vurur. Bunu düşünmürük və öz həyatımızla birgə təbiəti də təhlükəyə atırıq.  

Fosil yanacaqlar havanı, suyu kirləndirməklə yanaşı temperaturun artmasına, suyun həcminin çoxalmasına və ozon qatında dəliklərin böyüməsinə səbəb olur. Bunlar hamısı çox böyük problemlərdir. Bu çatışmazlıqlar həll edilmədikdə isə daha böyük çətinliklər bizləri gözləyir deməkdir.

Problemlərin həll olunması hamı üçün düzgün seçim olacaqdı və insanlar araşdırmağa başladı. Elə bu səbəbdən də çoxlarının maraq dairəsinə yeni bir şey əlavə edildi- Alternativ enerji! Alternativ enerji planeti kirlətmir və bizə lazım olan enerjini ondan almağımız mümkündür. Bu səbəbdən də alternativ enerji mənbələri çoxlarının maraq mövzusuna çevrilib, inkişaf etmiş bir neçə ölkələrdə isə daha çox istifadə olunmağa başlanmışdır.

Alternativ enerji nədir?

Təbiətə daha az ziyan vuran enerji alternativ enerjidir. Ənənəvi üsulla əldə edilən fosillər istifadə olunmur. Bu səbəbdən də çox vaxt alternativ enerji təbiəti kirləndirmədən əldə edilir. Alternativ enerjidən başqa yenilənə bilən enerji də vardır. Bu enerji insan müdaxiləsi olmadan əldə edilən enerjidir. Yenilənə bilən enerji ilə alternativ enerjinin bir birindən fərqli olduğu da qeyd edilir. Ancaq son zamanlarda alternativ enerji də təbiətə az zərər verdiyi üçün yenilənə bilən enerji ilə çox fərqli olmadığı deyilir.

Alternativ enerjinin bir neçə növü vardır: Günəş, külək, geometrik, hidroelektrik, biokütlə, okean və hidrogen enerjisi.

Əslində bir neçəsi çox qədim enerji növlərindəndir. İnsanlar yer kürəsində olmayanda belə bu alternativ enerjilər mövcud idilər.

Bu qədim alternativ enerjilərdən biri də Günəş enerjisidir. İşıq və isinmə üçün istifadə olunur. Bundan əlavə paltarları da onun işığı ilə quruda bilirik, hətta qışda belə bədənimizin temperaturunu qorumaqda bizə kömək olur. Hal hazırda Günəş işığının 30%dən istifadə etməyimiz mümkündür.

Külək enerjisi çox küləkli yerlərdə quraşdırıla bilər. Bəzən yüksək səslər əmələ gələ bilir. Ona görə də quraşdırmaq üçün əlverişli yerin seçilməsi mütləqdir.

Geometrik enerji yer kürəsinin hər yerində vardır. Planetin dərinliklərində olan maqma, xüsusi istilik verir və bundan istifadə etməyimiz mümkündür. Ancaq xüsusi yerləri tapmaq lazımdır. Bu da daha çox vulkanların olduqları yerlər hesab edilir.

Günəşin işığına görə külək əmələ gəlir. Bu ikisinin köməkliyi ilə su buxarlanır- hidroelektrik güc əmələ gəlir. Bitkilər üçün əvəzedilməzdir.

Biokütlə enerji növü də çox qədim alternativ enerjilərdəndir. İnsanlar isinmək üçün ağacları yandırırdılar. Təkcə ağaclar yox, bitkilər və başqa zibilləri də bu növlə yox etmək mümkündür. Bəzən onlardan ayrılan tüstü zərərli ola bilər. Ona görə də hər iki tərəfi düşünülərək istifadə olunması mütləqdir.

Okean enerjisinin bir neçə növü vardır. Həm dalğaların hərəkəti, həm okeanın istiliyi enerji almaq üçün əlverişlidir.

Hidrogen tək olaraq tapmaq çətin olan elementlərdəndir. Bu səbəbdən də, çox vaxt istifadədən öncə başqa elementlərdən ayrılır. Üstün cəhəti odur ki, yandırıldığı zaman heç bir təbiətə zərərli hiss əmələ gəlmir.