Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 11:46:00
Qəbul imtahanına hazırlaşanların ƏSAS problemi budur-Təhsil ekspertindən VACİB TÖVSİYƏ

“Bütün bölgələr üzrə buraxılış imtahanları yekunlaşıb. Mayın 20-dək abituriyentlərin blok imtahanı üçün qeydiyyatı başlanacaq. Düşünürəm ki, iyunun sonlarında birinci şans qəbul imtahanları, iyulun sonu-avqustun əvvəli isə ikinci şans blok imtahanları keçiriləcək.

Yüksək nəticə əldə etmək üçün abituriyentlərin 3 ayadək vaxtları var. Bu müddəti “təkrarlamaq” zamanı kimi dəyərləndirmək lazımdır”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, abituriyentlərin üzləşdiyi problemdən də danışdı:

 

“Mümkün qədər test tapşırıqlarına üstünlük versinlər. Əksər abituriyentlərin belə bir problemi də var ki, nəzəriyyəni əla bilir, bunu onun verdiyi cavablara əsasən deyirəm, lakin testdə tətbiqi zəifdir. Bu səbəbdən testə üstünlük verilməlidir. Bunlarla yanaşı istirahət üçün də vaxt ayırmalıdırlar. Dəniz kənarına, parklara getmək faydalı olacaq. Bunlara əməl etsələr yüksək nəticə toplayacaqlar”.

 

Təhsil eksperti imtahanda az bal toplayan abituriyentlərə ixtisas seçimində diqqətli olmağı  da qeyd etdi:

 

“İxtisas seçimi çox ciddi prosesdir. Bununla bağlı xeyli götür-qoy etmək lazımdır. Abituriyent jurnalına əsasən ötən ilin keçid ballarını nəzərdən keçirib seçim edilməlidir. Abituriyent az bal toplayıbsa, ixtisas seçimində mütəxəssisdən kömək almalıdır. Rəqabətlilik əsasən 3 və 4-cü ixtisas qruplarında yaşanır, bu qruplarda ixtisaslar üzrə keçid balları nisbətən yülsəkdir”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları