Azedu.az

UNEC-də aparılan tədqiqat işi “Scopus”da: Çin-Azərbaycan iqtisadi münasibətləri  

12 May 2021, 10:26
UNEC-də aparılan tədqiqat işi “Scopus”da: Çin-Azərbaycan iqtisadi münasibətləri  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri professor İrşad Kərimli, doktorant Şamil Əzizov və kafedranın dissertantı Bəhruz Babayev tərəfindən yazılmış “Bir kəmər bir yol layihəsi çərçivəsində Çin-Azərbaycan iqtisadi münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri” adlı tədqiqat işi bu il İspaniyanın Kordova şəhərində keçirilən “37-ci IBIMA” konfrans materiallarına daxil edilib.

UNEC-dən  bildirilib ki, məqalə “Scopus” və “WoS” bazalarında indeks ediləcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox