Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 12:07:00
“Dərs vaxtı”nda STEAM dərsləri yayımlanacaq  

“Mədəniyyət” televiziyasının efirində yayımlanan “Dərs vaxtı”nda Azərbaycan və rus bölmələri üçün məntiqi düşüncə, əməkdaşlıq, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirən STEAM dərslərinə başlanılacaq.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, fənlərarası öyrənmə və inteqrasiyanı əsas götürən STEAM metodologiyası, robototexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, nanotexnologiya, biotexnologiya, mühəndislik, biomimikriya və s. modullarla bağlı dərslər şagirdlərə təcrübələr aparmağa və öz təcrübələrindən düzgün nəticələr əldə etməyə kömək edəcək.

 

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq etmək, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.