Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 18:26:00
İmtahanda bir nəfər maksimum bal TOPLADI

Tam (11 illik) orta  təhsil  səviyyəsi  üzrə  15-16  aprel  2021- ci  il  tarixlərində keçirilmiş  buraxılış  imtahanlarında  bir  nəfər  maksimum bal  toplayıb.

 

DİM-dən  AzEdu.az-a  verilən  məlumata  görə, imtahan  iştirakçıları  arasında 1 nəfər – Sumqayıt  şəhəri, Texniki  və  təbiət  elmləri  liseyinin  məzunu maksimal  olan  300  bal  toplayıb.

 

Həmin  şagird  2  il  əvvəl  9- cu  sinif  səviyyəsi  üzrə  buraxılış  imtahanında da  296  bal  toplamaqla  yüksək  nəticə  göstərib.