Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 16:31:00
Azərbaycanda koronavirusa yoluxma azaldı, sağalma ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2 091 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib. 21 289 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, bu günə qədər isə ümumilikdə 3 279 163 test icra olunub.