Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 12:59:00
Latviyada məktəblilərin daşınması üçün elektrikli avtobusların istehsalı müzakirə olunur  

Latviyada məktəblilərin daşınması məqsədilə elektrikli avtobusların istehsalının mümkünlüyü barədə mühəndis Andris Dambislə danışıqlar aparılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Latviyanın maliyyə naziri Yanis Reyrs hökumətin və sosial tərəfdaşların iclasında deyib.

 

Bildirilib ki, Latviya Avropa İttifaqının (Aİ) bərpa fondundan 1,82 milyard avro məbləğində vəsaitin ayrılması məqsədilə Avropa Komissiyasına müraciət etməyi planlaşdırır. Nazir məktəblilərin daşınması məqsədilə elektrik avtobuslarının alınmasına 10 milyon avro vəsait ayırmağı planlaşdırdığını və bu layihənin Aİ-nin bərpa fondundan milli və regional əhəmiyyətli yolların inkişafına 100 milyon avro sərmayə yatırmaq planları ilə bağlı olduğunu qeyd edib.

 

Y.Reyrs elektrik avtobuslarının istehsalı və tədarükünün onların tədqiq edilməsi üzrə təcrübəsi olan A.Dambislə müzakirə edildiyini qeyd edib. Nazir mühəndislə aparılan danışıqların təfərrüatlarını açıqlamasa da, onun layihəyə maraq göstərdiyini vurğulayıb.(Azərtac)